Ancelotti 2024-cü ildə Braziliya millisinə rəhbərlik edəcək

Karlo Ancelotti növbəti mövsümün sonunda Braziliya milli komandasına rəhbərlik edəcək.

Allsport.az xəbər verir ki, “Real Madrid”in baş məşqçisi Braziliya futbol konfederasiyasının prezidenti Ednaldo Rodriqeslə İspaniyada 2 görüş keçirib. Onlar məşqçinin 2024-cü ilin yayında Cənubi Amerika milli komandasını qəbul edəcəyi ilə razılaşıblar.

Ancelotti yeni ilə qədər müqavilə imzalaya bilməyəcək, lakin bunu daha sonra edəcəyinə dair zəmanətlər verib. Yanvar ayında məşqçi “Real”ın idarəçiliyinə müqavilənin uzadılması ilə bağlı bəndi aktivləşdirməyəcəyini bildirəcək.

Hazırda Braziliya millisinin baş məşqçisi vəzifəsini Ramon Menezes icra edir.

Həmin kateqoriyadan