“Anji”nin hücumçusu Premyer Liqamızda oynamaq istəyir

Rusiyanın “Anji” klubunun hücumçusu İslamnur Abdulavov hesab edir ki, Azərbaycan çempionu “Qarabağ” qonşu ölkənin Premyer Liqasında ilk onluqda yer ala bilər. Allsport.az xəbər verir ki, dağıstanlı futbolçu yerli mətbuata açıqlamasında bunları söyləyib:

“Bədavi Hüseynovun dəvəti ilə Bakıya getmişdim. Orada “Qarabağ” – “İnter” matçına baxdım. Əla emosiya aldım. Bu, sadəcə, dost təklifindən və görüş səfəri idi. Başqa heç bir işgüzar görüşümüz olmadı. Amma təbii ki, bu ölkənin hansısa klubundan təklif almaq mənə maraqlı olardı. “Qarabağ”ın səviyyəsinə çox təəccübləndim. Fikrimcə, bu komanda Rusiya Premyer Liqasında ilk onluqda ola bilər. Ümumiyyətlə, son zamanlar Azərbaycan çempionatı böyük irəliləyişə nail olub. Orada oynamaq, təcrübə qazanmaq pis olmazdı”.

Həmin kateqoriyadan