“Araz”ın rəqibləri bilindi

Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun elit-raund mərhələsinin püşkatması keçirilib. Allsport.az saytı xəbər verir ki, nəticədə, turnirdəki təmsilçimiz “Araz” klubu “Dina” (Moskva, Rusiya), “Slov-Matic” (Bratislava, Slovakiya) və “Chrudim” (Çex Respublikası) komandaları ilə “B” qrupunda mübarizə aparacaq.
Bu qrupun matçları adı son çəkilən ölkədə təşkil olunacaq. “Araz” hazırda futzal klublarının UEFA reytinq siyahısında İspaniyanın “Barselona” və Qazaxıstanın “Kayrat” klubundan sonra 3-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan