FOTO
“Arpaçay” karate klubu “İlin ən yaxşısı”na layiq görülüb

Ölkəmizin aparıcı karate klublarından biri olan “Arpaçay” ötən il ərzində əldə etdiyi uğurlara görə, “MA Media Group” və “Lider” televiziya kanalının “Tezdən oyan” proqramının ortaq layihəsi olan “İlin ən yaxşısı” nominasiyası üzrə keyfiyyət simvolu seçilib. Allsport.az saytı xəbər verir ki, üstəlik, 2020-ci ilin yekunlarına görə, “Arpaçay” karate klubu karate-do idman növünün inkişafında göstərdiyi əvəzsiz xidmətlərə görə Bakı karate-do akademiyası tərəfindən də fəxri diplomla təltif edilib.

“İlin ən yaxşısı” nominasiyasına layiq görülən “Arpaçay” karate klubunun prezidenti, milli karate federasiyasının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin rəhbəri Yavər Hüseynov deyib ki, yola saldığımız 2020-ci il pandemiya səbəbindən çətin il olsa da, Azərbaycan üçün uğurlu olub:

“Azərbaycan prezidenti və, ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Möhtəşəm qələbə bizi Azərbaycanın gələcəyi üçün igid, vətənpərvər və sağlam idmançılar yetişdirmək işini daha böyük ruh yüksəkliyi ilə həyata keçirməyə sövq edir. Eyni zamanda, Azərbaycanın ən böyük karate klublarından biri olan “Arpaçay” karate klubunun 2020-ci ili uğurlarla başa vurması da bizim üçün sevindirici haldır. Yarandığı gündən Vətənin azadlığı uğrunda şəhid olanların xatirəsini əziz tutan, onların şərəfinə yarışlar və beynəlxalq turnirlər təşkil edən “Arpaçay” karate klubu tarixi zəfərdən sonra da bu sahədə böyük layihələrə imza atmaq fikrindədir”.

Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.

Həmin kateqoriyadan