“Arsenal” Havertslə 5 illik müqavilə bağlayıb

“Arsenal” bu həftə Kay Havertz ilə müqavilə imzaladığını elan edə bilər.

Allsport.az xəbər verir ki, Havertsin transferi ilə bağlı müqavilə artıq bağlanıb. Almaniyalı yarımmüdafiəçi “topçular”la 2028-ci ilə qədər hesablanmış müqavilə imzalayacaq. 

Transfer məbləği bonuslarla birlikdə 75 milyon avro olacaq. Qeyd olunur ki, futbolçunun transferində İngiltərə təmsilçisinin baş məşqçisi Mikel Artetanın transfer marağı böyük rol oynayıb.

“Çelsi” və “Arsenal” arasında transfer razılaşması əldə olunub. Havertsin bu həftə fiziki müayinədən keçməsi gözlənilir.

Havertz ötən mövsüm “Çelsi”nin heyətində premyer liqada 35 oyuna çıxıb və 7 qol vurub. 

Həmin kateqoriyadan