- Baxış sayı: 35
- 08 Sentyabr 2026 18:53
- Baxış sayı: 138
- Sentyabr 08, 2026
- 0

Dortmundun “Borussiya” futbol klubu “Arsenal”ın yarımmüdafiəçisi İtan Nvanerini icarəyə götürüb.
Allsport.az xəbər verir ki, icarə müqaviləsi 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub. Razılaşmada futbolçunun satınalma hüququ yer almayıb.
Məlumata görə, “Borussiya” Nvanerinin icarəsi üçün “Arsenal”a 5 milyon avro ödəyəcək.
“Arsenal” yetirməsi olan 19 yaşlı ingiltərəli futbolçu 2025/26 mövsümünün ikinci yarısını “Marsel”də keçirib. O, Fransa klubunun heyətində 11 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.