«Avropa Oyunları heç bir mötəbər yarışın təkrarı deyil»

«Avropa Oyunlarının keçirilməsi zamanın hökmü idi. Artıq vaxt yetişmişdi. Pekin olimpiadasına qədər medalların 70 faizi Avropanın payına düşürdüsə, bu oyunlarda idmançılarımız mükafatların yarısını qazandılar. Bir də, yeganə qitə biz idik ki, burada olimpiada keçirilmirdi». Bunu KİV-ə açıqlamasında AOK prezidenti Patrik Hikki dedi.

Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasında iştirak etmək üçün paytaxtımıza səfər edən qonaq bildirdi ki, 8 il öncə Valensiyada bu ideya doğarkən, ədaləti qorumağı, heç bir mötəbər yarışın təkrarı olmamasına qərar verdik:

«Biz işimizdə dəqiq və ədalətli olmalıyıq. Bu, oyunlar digərinə bənzəməz. Heç buna cəhd də etməmişik. Olimpiya oyunlarından fərqli, biz bir neçə qeyri-olimpiya növü Avropa olimpiadasının proqramına salmışıq. Bəzi şeylərdə üstünlüyümüz var.

Əgər idmançılar təsnifat yarışında lisenziyanı almaq üçün bir neçə qitədə mübarizə aparmalı olurdusa, indi bunu bir yarışda, uzaq yerə getmədən Avropa Oyunlarında qazanacaq. Belədə, qitənin federasiyaları maliyyəyə, idmançılar enerjiyə qənaət edəcəklər. 2-ci Avropa Oyunları 2019-cu ildə baş tutacaq. 6 şəhər bu yarışı keçirməyə namizəddir».

Həmin kateqoriyadan