- Baxış sayı: 44
- 03 Avqust 2026 23:44
- Baxış sayı: 74
- Avqust 04, 2026
- 0

Azərbaycan karateçisi Fəridə Əliyeva (+68 kq) Krakov-2023 Avropa oyunlarında italiyalı Klio Ferrakutti ilə döyüşdə burnu sınıb. Allsport.az saytı xəbər verir ki, bu durumda o huşunu itirib.
İdmançımız dərhal xəstəxanaya aparılıb, sistem köçürülüb, ilkin tibbi yardım göstərilib. Nokaut o qədər ciddi olub ki, Fəridə öncə harda olduğunu bilməyib, ətrafdakıları tanımayıb.
Onun vəziyyəti indi sabitdir, bütün tibbi müayinələrdən sonra klinikadan buraxılıb və bu gün Bakıya qayıdacaq.