Avropa Oyunlarının texnoloji yenilikləri ölkə başçısına təqdim olunub

Dünən Bakı-2015-də istifadə olunacaq texnoloji nailiyyətlər və yeniliklər haqqında Azərbaycan prezidenti İlham Əliyevə məlumat verilib. Allsport.az saytı xəbər verir ki, Bakı Ekspo Mərkəzində təşkil edilən mötəbər “BakuTel-2014” XX Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyalarının sərgi və konfransında Avropa Oyunlarının yeniliklərini nümayiş etdirib.

“BakuTel” Azərbaycanda ölkənin ən son texnoloji nailiyyətlərini ön plana çəkən aparıcı ixtisaslaşmış sərgilərdən biridir. Belə bir önəmli tədbir bu il özünün 20 illik yubileyini qeyd edir və builki sərgidə 250-dən çox şirkət təmsil olunacaq. Avropa Oyunları infrastruktur və proqram təminatı üçün gələcəkdə bütün digər mötəbər idman tədbirlərində tətbiq oluna biləcək “Cloud” modelli texnologiyadan istifadə edən ilk çoxşaxəli idman tədbiridir.

Bakı- 2015-in bütün məkanlarını birləşdirəcək yeni fiber optik şəbəkə Azərbaycan xalqının uzun müddət faydalanacağı əsas yeniliklərdən biridir. Avropa Oyunlarını gerçəkləşdirmək üçün, məkandaxili 1000 km-dən çox kabel çəkilişini təmin etməklə yanaşı, həmin məkanlar arasında əlaqə yaratmaq məqsədi ilə 600 km-dən çox fiber optik şəbəkədən istifadə edəcək.

Bakı 2015-in texnologiya departamentinin direktoru Adrian Korkoran bu barədə deyib: “Azərbaycanın bu cür mötəbər və çoxşaxəli idman tədbirinə ev sahibliyi etmək üçün innovativ yanaşmanı tətbiq etməli olduğu ən yaxşı texnologiyadan istifadə etdiyinə görə qürur hissi duyur. Avropa Oyunları ölkınin idman sahəsində texnoloji nailiyyətlərinə görə ön sırada dura bilməsi üçün bir imkandır və biz hazırlıq prosesinin indiyə qədər keçdiyi inkişaf mərhələsindən olduqca məmnunuq”.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanın texniki infrasturukturu üçün faydalı olacaq bir sıra nailiyyətlərin əldə olunmasında Bakı 2015-in texnologiya komandasına dəstək göstərir. Dünən start götürən BakuTel sərgisi dekabrın 5-nə qədər davam edəcək və Qafqaz regionunda ən böyük telekommunikasiya sərgisidir.

Bakutel 3 Bakutel

Həmin kateqoriyadan