“Ayaks” Bosniya və Herseqovina millisinin yarımmüdafiəçisi 8,5 milyon avroya alıb

“Ayaks” “Roma”nın yarımmüdafiəçisi Benjamin Tahiroviçi transfer etdiyini açıqlayıb.

Allsport.az xəbər verir ki, Bosniya və Herseqovina millisinin 20 yaşlı yarımmüdafiəçisinin transferinin məbləği 8,5 milyon avro təşkil edib. 

“Roma”nın baş məşqçisi Joze Mourinyu Tahiroviçin istedadını qeyd edib və onun istedadlı futbolçu olduğuna inanır.

Benjamin tibbi müayinədən keçdikdən sonra gələn həftə “Ayaks” la uzunmüddətli müqavilə imzalayacaq.

Ötən mövsüm oyunçu “Roma” ilə “A” seriyasında 11 oyun keçirib.

Həmin kateqoriyadan