Azərbaycan Belarusu da darmadağın etdi

Futzal üzrə Azərbaycan milli komandası bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxıb. Allsport.az xəbər verir ki, millimiz bu dəfə Belarusla üz-üzə gəlib.

Xatırladaq ki, ilk turda yığmamız İsveçə qalib gəldiyi halda, Belarus da qrup oyunlarına ev sahibliyi edən Xorvatiyanı 7:4 hesabıyla məğlub etmişdi. Amma komandamız bu dəfə də darmadağınla qalib gələrək, qrupda vahid liderliyi ələ keçirib.

Qrupun digər oyununda isə ilk turun məğlubları – Xorvatiya ilə İsveç qarşılaşacaq.

DÇ-nin seçmə mərhələsi
2-ci qrup

11 dekabr

Belarus – Azərbaycan – 2:7 (1:4)
Qollar: Auqusto, 4 (0:1). S.Şostak, 15 (1:1). Eduardo, 19 (1:2). Eduardo, 19 (1:3). V.Borisov, 20 (1:4). Fineo, 25 (1:5). Eduardo, 26 (1:6). R.Çovdarov, 37 (1:7). D.Los, 39 (2:7).
Baş hakim: Trayan Yençev, Gerd Bilua (Bolqarıstan).
Osiyek. “Dvorana Qradski VRT” idman kompleksi.

Belarus: 1. Andrey Çurilin, 2. Aleksandr Olşevski, 4. Sergey Silivonçik, 6. Vadim Luşkovski, 14. Aleksey Popov.
Ehtiyat oyunçular: 16. Andrey Qolovnyov, 3. Pavel Lixaç, 7. Dmitri Los, 8. Yuri Aleynikov, 10. Sergey Şostak, 11. Yevgeni Çerneyko, 5. Aleksandr Çernik (k), 9. Ruslan Lazyuk.
Baş məşqçi: Vladimir İqnatik.
Azərbaycan: 12. Rövşən Hüseynli, 6. Eduardo, 15. Rafael, 9. Auqusto, 10. Amadeu.
Ehtiyat oyunçular: 19. Elnur Zamanov, 3. Zeynal Zeynalov, 8. Rizvan Fərzəliyev (k), 2. Samir Həmzəyev, 4. Ramiz Çovdarov, 5. Fineo de Araujo, 14. Vitali Borisov.
17. Andre, 18. Sergey Çuykov.
Baş məşqçi: Tino Peres.

23:00. Xorvatiya – İsveç
Baş hakim: Vladimir Kadıkov (Rusiya). Qabor Kovaç (Macarıstan).
Osiyek. “Dvorana Qradski VRT” idman kompleksi.

Həmin kateqoriyadan