- Baxış sayı: 33
- 18 Mart 2024 21:00
- Baxış sayı: 72
- Mart 17, 2024
- 0
Azərbaycan karateçisi Osman Osmanlı I MDB oyunlarında final görüşünə çıxıb.
Allsport.az xəbər verir ki, 84 kq-dan yuxarı çəkidə yarışan idmançı Qazaxıstan təmsilçisi Spandiyar Yerkebeklə qarşılaşıb.
Rəqibinə 1:4 hesabı ilə uduzan Osmanlı gümüş medalla kifayətlənib.
Beləliklə, Azərbaycan karateçiləri yarışı 8 medalla başa vurublar.
Qeyd edək ki, hazırda aktivində 14 qızıl, 13 gümüş və 28 bürünc medal olan Azərbaycan 4-cü pillədə qərarlaşıb. Bununla da yığmanın I MDB oyunlarının medal sıralamasında ilk “3-lük”dən kənarda qalacağı rəsmiləşib. Çünki hazırda 3-cü sırada yer alan Qazaxıstan komandası 17 qızıl, 34 gümüş və 51 bürünc medal qazanıb.