- Baxış sayı: 38
- 23 Aprel 2024 13:22
- Baxış sayı: 35
- Aprel 23, 2024
- 0
Futzal üzrə yığma komandaların yeni reytinq siyahısı açıqlanıb. Allsport.az xəbər verir ki, Azərbaycan yığması siyahıda yenə də 13-cü pillədədir.
Komandamızın hesabında 1369 reytinq xalı var. Bir sözlə, ötən ayla müqayisədə millimizlə bağlı heç bir dəyişiklik olmayıb.
Millimizin AÇ-nin final mərhələsindəki rəqibləri aşağıdakı kimi sıralanıb: İtaliya – 4-cü yer (1726), Çexiya – 10-cu yer (1396).
Dünya çempionatının seçmə mərhələsindəki rəqiblərimizin mövqeyi isə aşağıdakı kimidir: Xorvatiya – 16-cı yer (1353), İsveç – 59-cu yer (911), Belarus 21-ci (1224).
İlk üçlükdə qərarlaşan komandalar isə bunlardır: İspaniya (1922), Braziliya (1909) və Rusiya (1746).