Azərbaycan Slovakiya ilə qarşılaşmalı olacaq

Bu gün Nyonda futzal üzrə AÇ-2016-nın seçmə mərhələsinin pley-off oyunlarının püşkü atılıb. Allsport.az xəbər verir ki, Azərbaycan yığması da rəqibini tanıyıb.

Millimiz Slovakiya ilə qarşılaşmalı olacaq. Püşkə əsasən, ilk oyun Bakıda, cavab görüşü isə səfərdə baş tutacaq.

Qeyd edək ki, pley-off oyunları 15-22 sentyabrda keçiriləcək. AÇ-nin final mərhələsinin oyunları gələn ilin fevral ayının 2-13-də baş tutacaq.

Həmin kateqoriyadan