- Baxış sayı: 43
- 03 Noyabr 2026 21:41
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Avqustun 20-də Milli olimpiya komitəsində Albaniyanın idman rəsmiləri ilə görüş olub.
Allsport.az saytı xəbər verir ki, toplantıda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Albaniya olimpiya komitəsinin prezidenti Fidel İlli, Albaniya gimnastika federasiyasının prezidenti Leonard Lulay, Avropa ağırlıqqaldırma federasiyasının prezidenti Astrit Həsəni, MOK-un xarici əlaqələr şöbəsinin müdiri Anar Bağırov və marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva iştirak ediblər.
MOK-un mətbuat xidmətindən verilən məlumaya görə, söhbət zamanı Azərbaycan və Albaniya arasında idman əlaqələrinin genişləndirilməsi ilə bağlı anlaşmanın imzalanması məsələləri müzakirə olunub.