- Baxış sayı: 78
- 06 Aprel 2024 15:55
- Baxış sayı: 43
- Aprel 18, 2024
- 0
Bakıda arena polo üzrə dünya kubokunda “Rhein Polo Club Düsseldorf” (Almaniya) və “Indian Polo & Riding Club New Delhi” (Hindistan) komandaları qarşılaşıblar. Allsport.az saytı xəbər verir ki, görüşdə avropalılar 9:3 hesab ilə qalib gələrək finalına yüksəlib.
Günün 2-ci görüşü “Elite Horse & Polo Club” (Azərbaycan) və “Polo Club Wicklow” (İrlandiya) klubları arasında baş tutub. Gərgin mübarizədə bizimkilər 6:3 üstün olublar.
Dünya kubokunun sahibi Azərbaycan və Almaniya poloçuları sabah qalibi müəyyənləşdirəcəklər. İrlandiya və Hindistan klubları 3-cü yer uğrunda qarşılaşacaqlar.
Yarış Azərbaycan Xalq Cümhuriyyətinin 100-illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun dəstəyi və Atçılıq federasiyasının təşkilatçılığı ilə milli atçılıq festivalı çərçivəsində keçirilir.