Azərbaycanda stolüstü tennis üzrə “Top-8” turniri keçirilir

Azərbaycan stolüstü tennis Federasiyasının təşəbbüsü ilə “Top-8” turniri keçirilir. Allsport.az xəbər verir ki, bu yarışın keçirilməsinin məqsədi ölkədə stolüstü tennisin inkişafına və populyarlaşmasına kömək etmək, güclü idmançıları üzə çıxarmaqdır.

Beynəlxalq Stolüstü Tennis Federasiyasının qaydaları üzrə keçirilən turnirdə 16 idmançı iştirak edir. Kişi və qadın tennisçilərin görüşləri şəxsi birincilik xarakteri daşıyır. Qələbə uğrunda Cəfər Cəfərzadə, Xəyal Həşimli, Sənan Əliyev, Əliverdi Şahgəldiyev, Nurlan Həsənov, Vəzir Allahverdiyev, Çenxi Vanq, Hinyu Yanq, Məryəm İmanova, Miao Vanq, Xintai Çen, Şərmin Şirinova, Nəzakət Qarayeva, Nəzrin Əhmədova, Fatimə Məmmədli, Jinq Ninq mübarizə aparırlar.

Həmin kateqoriyadan