Taekvondoçularımız “Dutch Open”də uğurla çıxış edirlər

Taekvondo üzrə seçmə komandamız növbəti beynəlxalq turnirə yollanıb. Allsport.az xəbər verir ki, millimiz martın 13-dən 15-dək Hollandiyanın Eyndhoven şəhərində keçirilən “Dutch Open”da 19 idmançı ilə təmsil olunur.

Yarışda komandamız 19 taekvondoçu ilə təmsil olunur. Komanda turnirə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyammədin Paşayevin rəhbərliyi ilə qatılıb.

Martın 14-də “Dutch Open” beynəlxalq turnirində iştirak edən taekvondoçularımızdan 49 kiloqram çəki dərəcəsində mübarizə aparan Patimat Abakarova medala layiq görülüb. P.Abakarova dörddəbir final mərhələsində polşalı rəqibi üzərindəki qələbəsindən sonra yarımfinal mərhələsinə vəsiqə qazanaraq ən azı bürünc medalı təmin edib. Yarımfinalda onun rəqibi türkiyəli Rukiye Yıldırımdır.

Kişilərdən ibarət yığma komandanın baş məşqçisi Reza Mehmandoust bu turnirdə Mikayıl Əliyev (54 kq), Məhəmmədyasin İbraqimov (58 kq), Məhəmməd Məmmədov (58 kq), Sina Bahrami (-63 kq), Kamil Abdulrrazakov (63 kq), Ayxan Tağızadə (68 kq), Səid Quliyev (74 kq), Elvin Məmmədov (74 kq), Əhməd Mohammadi (87 kq), Radik İsayevə (+87 kq) şans verəcək.

Qadınlardan ibarət yığmamızın baş məşqçisi Sun Mi Park isə Ceren Özbək (46 kq), Paniz İsmayılpour (49 kq), Patimat Abakarova (49 kq), Nurgül Çəlik (49 kq), Lazara Caridad Valdes Povea (53 kq), Günay Ağakişiyeva (57 kq), Daria Şkurko (62 kq), Fəridə Əzizova (67 kq), Marina Tedeevanı (73 kq) sınaqdan çıxardacaq. Millimiz martın 17-də Vətənə dönəcək.

Həmin kateqoriyadan