- Baxış sayı: 35
- 22 İyun 2026 03:39
- Baxış sayı: 35
- İyun 22, 2026
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edə klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 22-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Sumqayıt” – AzAL matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
Oyunun 10-cu dəqiqəsində AzAL-ın futbolçusu Elvin Əlizadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1000 manat cərimə olunub.