- Baxış sayı: 215
- 07 Avqust 2026 10:39
- Baxış sayı: 93
- Avqust 10, 2026
- 0

Sloveniyanın Podçertek şəhərində müxtəlif ölkələrin badminton federasiyalarının nümayəndələrinin iştirakı ilə beynəlxalq forum keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbir zamanı federasiyalar arasında mövcud problemlər və onların aradan qaldırılması məsələləri müzakirə olunub.
Forumda səsləndirilən əsas təkliflərdən biri badminton partiyalarının sayını 3-dən 5-dək artırmaq, oyunun hesabını isə 21-dən 11-dək azaltmaq olub. Bu tədbirdə Azərbaycan Badminton Federasiyasının nümayəndələri də qatılıblar.