Bakı çempionatında “Sərhədçi”nin çaparı fərqlənib

Bu gün Binə Atçılıq Mərkəzinin açıq manejində konkur növü üzrə Bakı çempionatının ilk mərhələsi keçirilib. Allsport.az saytı xəbər verir ki, M* kateqoriyası üzrə təşkil olunan yarışda maneələrin hündürlüyü 120-125 santimetr təşkil edib.

14 çapın iştirak etdiyi yarışda “David” ləqəbli atla “Sərhədçi” klubunun üzvü Sənan Məmmədov 1-ci olub. “Astrello” ilə “Buta Qolden” klubunun jokeyi Yahor Morotski 2-cı ikinci, “Francessco” ilə “Ömər”in yetirməsi Ələkbər Məmmədov 3-cü yeri tutublar.

Bakı çempionatına sabah yekun vurulacaq.

Həmin kateqoriyadan