Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası

21-22 noyabrda paytaxtımızda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası keciriləcək. Allsport.az sayt xəbər verir ki, toplantıda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax da iştirak edəcəkdir. Baş Assambleya ayin 21-də “Fairmont Baku Flame Towers” mehmanxanasında öz işinə başlayacaq.

Tədbirdə AOK-un prezidenti Patrik Hikki, AOK-un baş katibi Rafaele Pagnozzini, BOK-un baş katibi Gunilla Lindberg, BOK-un Olimpiya Həmrəyliyi İdarəsinin direktoru Pere Miro, AOK-un “Olimpiya oyunları”, “Marketinq və rabitə”, “AGOF”, “Avropa Birliyi”, ”İdman hamı ücün”, “Olimpiya mədəniyyəti və irsi, ”Tibb və anti-dopinq”, ”İdmanda gender bərabərliyi” və ”Atletika” komissiyalarının sədrləri hesabat məruzələri edəcəklər. Ümumi Asssambleyada AOK Avropa Oyunları üzrə Əlaqələndirmə Komissiyasının sədri Spyros Capralosun Bakı-2015 məlumatı və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) hesabatı dinləniləcək.

XXXI Yay Olimpiya Oyunlarına (Rio-de-Janeyro-2016), XXIII Qış Olimpiya Oyunlarına (Pxenyan-2018) və Avropa Yeniyetmələrinin Olimpiya Festivalına (Tbilisi-2015) hazırlıq işlərinin gedişi ilə bağlı hesabatlar da Assambleyanın gündəliyinə daxildir. Baş Assambleyada BOK-un keçmiş prezidenti Jak Roqq, Andrzej Krasnicki, Vitali Simirnov, Marius Vizer, Arat Hasan, Aleksandr Kozlovskiy və başqa tanınmış idman xadimləri, Ümumdünya Antidopinq Agentliyinin (WADA) Avropa Reqional Ofisinin direktoru, dünya və Avropa idman federasiyalarının rəhbərləri də iştirak edəcəklər.

Noyabr ayının 21-də Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Avropanın 5 ən yaxşı gənc atletinə 4-cü “Pyotr Urovski” adına mükafatlar da təqdim olunacaq. Baş Assambleya iştirakçıları və müşayiətçi qonaqlar üçün xüsusi proqram hazırlanıb. Bu proqrama əsasən Baş Assambleya iştirakçıları Bakı-2015-in yarışlarının keçiriləcəyi idman obyektlərinə baş çəkəcək və şəhərin görməli yerləri ilə tanış olacaqlar.

Baş Assambleyadan bir gün əvvəl – noyabr ayının 20-də “Fairmont Baku Flame Towers” mehmanxanasında AOK-un İcraiyyə Komitəsinin iclası keçiriləcək. Avropa Olimpiya Komitəsinin (AOK) 43-cü Baş Assambleyası başa çatdıqdan sonra noyabr ayının 22-də saat 13:00-da “Fairmont Baku Flame Towers” otelində KİV nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.

Həmin kateqoriyadan