- Baxış sayı: 40
- 30 Oktyabr 2026 10:18
- Baxış sayı: 141
- Oktyabr 25, 2026
- 0

Azərbaycan millisinin üzvü Balabəy Ağayev Əbu-Dabidə keçirilən böyük dəbilqə turnirində qızıl medal qazanıb.
Allsport.az xəbər verir ki, cüdoçumuz final görüşündə Tacikistan təmsilçisi Loiq Kudbudinovu ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu, Azərbaycan millisinin Əbu-Dabi böyük dəbilqəsində ikinci qızıl medalıdır. Əvvəl Könül Əliyeva da turnirin qalibi olub.