“Barselona” Gündoğanı itirə bilər

Allsport.az xəbər verir ki, İlkay Gündoğan “Barselona” ilə müqaviləyə ayrılmaq şərtini daxil edib.

Daha əvvəl tərəflər “2+1” sxemi üzrə müqavilə imzalayıblar. 

“Mançester Siti”nin yarımmüdafiəçisi müqaviləyə la liqada qeydiyyat zəmanəti ilə bağlı bəndin daxil edilməsində israr edib.

Müqavilədə qeyd olunur ki, “Barselona” Gündoğanı yeni la liqa mövsümünün ilk dövrəsindən əvvəl (şərti olaraq 11-13 avqust) qeydiyyatdan keçirəcək. Bu baş verməsə, futbolçunun klubu pulsuz tərk etmək hüququ olacaq.

Həmin kateqoriyadan