“Barselona”da tarix yazdı

“Barselona”da tarix yazdı

“Barselona”nın cinah hücumçusu Lamin Yamal mövsümdə ilk qolunu vurub.

Allsport.az xəbər verir ki, 19 yaşlı futbolçu La liqanın III turunda “Rayo Valyekano” ilə matçın 21-ci dəqiqəsində fərqlənib.

Bu qol Yamal üçün “Barselona”nın heyətində əlamətdar olub. O, 19 yaş 49 günündə Kataloniya klubunun heyətində 50-ci qolunu vuraraq bu göstəriciyə çatan ən gənc futbolçu olub.

Yamal bununla Josep Eskola və Lionel Messinin rekordunu geridə qoyub.

İspaniyalı futbolçu həm də Avropanın “top-5” liqası tarixində 50 qola çatan ən gənc oyunçudur. O, bu göstəricidə Kilian Mbappe və Erlinq Haalandı qabaqlayıb.

Yamal sonuncu dəfə İspaniya millisinin heyətində DÇ-2026-nın II turunda Səudiyyə Ərəbistanına qarşı keçirilən oyunda (4:0) fərqlənmişdi.

Həmin kateqoriyadan