Beynəlxalq qadınlar gününə 4 saylı cəzaçəkmədə “İdman həyatdır” adlı badminton turniri

8 mart – Beynəlxalq qadınlar günü münasibəti ilə ədliyyə nazirliyi penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində qadınlar arasında “İdman həyatdır” adlı badminton turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirin sonunda qaliblərə diplomlar və hədiyyələr təqdim edilib. Yarışda Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov, Azərbaycan badminton federasiyasının marketinq meneceri Aydan Məmmədhəsənova, Milli olimpiya komitəsinin “Ədalətli oyunlar” komissiyasının sədri Xəzər İsayev və Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsindən Cəmilə Bağırova iştirak ediblər.

Ötən ilin noyabrında da bu məkanda eyni adlı badminton turniri baş tutub. Ədalətli oyun prinsiplərindən irəli gələrək gender bərabərliyinin təmin olunması baxımından qadın iştirakçılar arasında bu cür tədbirlərin həyata keçirilməsində məqsəd badmintonun hamı üçün əlçatanlığını təmin etməklə yanaşı onların asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşması və fiziki inkişafının təmin edilməsidir.

Turnir Azərbaycan badminton federasiyasının, ədliyyə nazirliyi penitensiar xidmətin və Azərbaycan Bakı şəhər gənclər və idman baş idarəsinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Həmin kateqoriyadan