Beynəlxalq yarışın 2-ci günü də konkurçularımız üçün düşərli olub

Ümummilli lider Heydər Əliyevin xatirəsinə atçılığın konkur növü üzrə CSI2*-W kateqoriyalı beynəlxalq turnirin ikinci günü də yadda qalan olub. Allsport.az saytı xəbər verir ki, Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Gürcüstan və İran çaparlarının qatıldığı mübarizədə 1,25 santımetrlik maneədən tullanmada bizdən Rahib İsmayılov ayrı-ayrı atlarla 1-ci və 2-ci yeri tutub.

Çokeylərin 1,45 santımetrlik maneədən tullanma yarışında Rəşad Səmədov 1-ci, Ələkbər Məmmədov 2-ci olub. Qeyd edək ki, bu turnir Qafqaz liqasına daxil olan atlıların dünya kubokuna təsnifat mərhələsi hesab olunur. Eyni zamanda, final yarışı idmançılara “Longines” dünya sıralaması üçün də 50 xal toplamaq imkanı verir.

Həmin kateqoriyadan