- Baxış sayı: 166
- 05 Avqust 2026 14:23
- Baxış sayı: 166
- Avqust 05, 2026
- 0
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 21-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Simurq” – “Qəbələ” matçında “Simurq”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 45+2-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Dmitri Bezotosnı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.