Brozoviç 23 milyon avroya “İnter”dən “Əl-Nəsr”ə keçir

“İnter” və Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubları Marselo Brozoviçin transferi ilə bağlı razılığa gəliblər.

Allsport.az xəbər verir ki, bazar ertəsi klublar müqaviləni bağlamalıdırlar. Səudiyyə Ərəbistanı klubu İtaliya təmsilçisinə təxminən 23 milyon avro ödəyəcək.

Səudiyyə klubu ilə müqaviləyə əsasən Brozoviç ildə 20 milyon avro maaş alacaq. Onunla 3 illik müqavilənin bağlanacağı güman edilir.

Marselo 2016-cı ilin yayından “İnter”də çıxış edirdi. O, klubda 330 oyun keçirib və onunla İtaliya çempionluğu, İtaliya kuboku və Superkubokunda iki qələbə və 2022/23 çempionlar liqasının finalına yüksəlib, burada “Mançester Siti”yə uduzub.

Brozoviç ötən mövsüm “İnter”in heyətində 40 oyuna çıxıb, 3 qol vurub, 6 məhsuldar ötürmə edib və 10 sarı vərəqə alıb.

Həmin kateqoriyadan