Bu əyləncəli oyun, premyer liqa üçün yaxşı reklam oldu

Allsport.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola, premyer liqanın 12-ci turunda “Çelsi” ilə oyun (4:4) haqda danışıb:

“Bu əyləncəli oyun, premyer liqa üçün yaxşı reklam oldu. Hər iki komanda qələbə qazanmaq istəyirdi. “Çelsi”nin möhtəşəm heyəti var. Biz bilirdik ki, onlar həmişə güclü rəqiblərə qarşı yaxşı oynayırlar. Palmer və Mudrik müdafiəçilərin yanından qaçıb driblinq edə bilən keyfiyyətli oyunçulardır. Onlar aqressiv davrandılar və oyuna nəzarət etmək çətinləşdi. Gərgin matç olsa da, ədalətli nəticə oldu.

Həmin kateqoriyadan