Bu gün avrokuboklarda rəqiblərimizə aydınlıq gəlir

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının və Avropa Liqasının ilk iki təsnifat mərhələsinin püşkü atılacaq. Allsport.az saytı xəbər verir ki, Azərbaycanı yeni mövsümdə avrokuboklarda təmsil edəcək komandaların da rəqibləri bəlli olacaq. Son ölkə çempionu “Qarabağ” Çempionlar Liqasında mübarizə aparacaq. Birbaşa ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq təmsilçimiz püşkatmada səpələnmişlər səbətində yer alacaq.

Komandamızın potensial rəqibləri isə bunlardır: “Hapoel” (Beer-Şeva, İsrail), “Olimpiya” (Sloveniya), “Ferençvaroş” (Macarıstan), SJK (Finlandiya), “Vardar” (Makedoniya), “Norçöpinq” (İsveç), “Kruzeyders” (Şimali İrlandiya), “Zrinski” (Bosniya-Herseqovina), “Dandalk” (İrlandiya), “Mladost” (Çernoqoriya), “Liepaya” (Latviya), “Düdelanj” (Lüksemburq), “Jalgiris” (Litva), eləcə də birinci təsnifat mərhələsinin 4 cütünün qalibi. İlk təsnifat mərhələsində mübarizə aparacaq komandalar isə bunlardır: “Alaşkert” (Ermənistan), “Torshavn” (Farer adaları), “Valletta” (Malta), “Linkoln” (Cəbəllütariq), TNS (Uels), “Santa Koloma” (Andorra), “Flora” (Estoniya), “Tre Penne” (San-Marino).

Qeyd edək ki, ÇL-in püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Birinci təsnifat mərhələsinin oyunları iyunun 28-29 və iyulun 5-6-da baş tutacaq. “Qarabağ”ın da mübarizəyə qoşulacağı ikinci təsnifat mərhələsinin oyunları isə iyulun 12-13-də və 19-20-də keçiriləcək.

Avropa Liqasındakı təmsilçilərimiz isə “Qəbələ”, “Neftçi” və “Kəpəz”dir. Bütün təmsilçilərimiz mübarizəyə ilk təsnifat mərhələsindən başlayacaq. Öncə püşkatma zamanı səpələnmişlər səbətində yer alacaq “Qəbələ” və “Neftçi”nin potensial rəqiblərinə baxaq:

“Nova Qoritsa” (Sloveniya), “Spartak” Miyava (Slovakiya), “Slaviya” (Bolqarıstan), MTK (Macarıstan), “Ordabası” (Qazaxıstan), “Zarya” (Moldova), “Samtredia”, “Çixura” (hər ikisi – Gürcüstan), “Rovaniemi”, “Mariehamn” (Finlandiya), “Valyur” (İslandiya), “Sloboda”, “Radnik” (Bosniya-Herseqovina), “Şkendiya”, “Sileks” (Makedoniya), “Kork Siti” (İrlandiya), “Rudar”, “Buduçnost”, “Bukej” (Çernoqoriya), “Partizani”, “Teuta” (Albaniya), “Jeness”, “Fola” (Lüksemburq), “Kliftonvill”, “Qlenavon” (Şimali İrlandiya), “Suduva”, “Atlantas”,  “Trakay” (Litva), “Yelqava”, “Spartak” (Latviya), “Birkirkara”, “Hibernians”, “Baltsa” (Malta), “İnfonet” (Estoniya), “Torshavn”, “Runavik”, “Vikinqur” (Farer adaları), “Bala Taun”, “Landidno”, “Konnas Kuey” (Uels), “Luzitanos”, “UE Santa Koloma” (Andorra), “La Fiorita”, “Folqore” (San-Marino), “Europa” (Cəbəllütariq). Bu səbətdə yer alan digər təmsilçimiz “Kəpəz”, eləcə də Ermənistanın “Şirak” və “Banants” komandaları “Qəbələ” və “Neftçi”yə rəqib ola bilməz.

Səpələnməmişlər səbətində yer alacaq “Kəpəz”in potensial rəqibləri isə bunlardır:“Admira Vakker” (Avstriya), “Lokomotiv” Zaqreb (Xorvatiya), AEK, “Omoniya” (hər ikisi Kipr), “Zaqlembe”, “Krakoviya” (hər ikisi – Polşa), “Beytar”, “Makkabi” Təl-Əviv (İsrail), “Şaxtyor” Soliqorsk, “Dinamo” Minsk (Belarus), “Midtyulland”, “Brondbü” (Danimarka), “Aberdin”, “Harts” (Şotlandiya), AİK, “Göteborq” (İsveç), “Beroe” (Bolqarıstan), “Stabek”, “Odd” (Norveç), “Voyvodina”, “Çukariçki” (Serbiya), “Domjale” (Sloveniya), “Slovan”, “Spartak” Trnava (Slovakiya), “Debretsen”, “Videoton” (Macarıstan), “Aktobe”, “Kayrat” (Qazaxıstan), “Zimbru”, “Daçiya” (Moldova), “Dila” (Gürcüstan), HJK (Finlandiya), “Breydablik”, “Reykyavik” (İslandiya), “Şiroki Briyeq” (Bosniya-Herseqovina), “Vaduts” (Lixtenşteyn), “Rabotniçki” (Makedoniya), “Şemrok Rovers”, “Sent Patriks” (İrlandiya), “Kukesi” (Albaniya), “Differdanj” (Lüksemburq), “Linfild” (Şimali İrlandiya), “Ventspils” (Latviya), “Levadiya”, “Nomme Kalyu” (Estoniya). Bu səbətdə yer alan digər təmsilçlərimiz – “Neftçi” və “Qəbələ”, eləcə də Ermənistanın “Pünik” komandası “Kəpəz”ə rəqib ola bilməz.

Birinci təsnifat mərhələsi ilə yanaşı, Avroliqanın ikinci təsnifat mərhələsinin də püşkü atılacaq. Həmin püşkatmada “Neftçi” səpələnmişlər, “Qəbələ” isə səpələnməmişlər səbətində yer alacaq. “Kəpəz”in hansı səbətdə yer alacağı isə ilk təsnifat mərhələsində hansı rəqiblə düşməsindən asılı olacaq.

Qeyd edək ki, Avroliqanın püşkatması saat 15:00-da start götürəcək. Birinci təsnifat mərhələsinin oyunları iyunun 30-da və iyulun 7-də keçiriləcək. Növbəti mərhələnin oyunları isə iyulun 14 və 21-də baş tutacaq.

Həmin kateqoriyadan