- Baxış sayı: 182
- 11 Sentyabr 2026 21:46
- Baxış sayı: 80
- Sentyabr 13, 2026
- 0

Slovakiya paytaxtı Bratislavada gənc güləşçilərin dünya birinciliyi davam edir. Yarışın 4-cü günündə yunan-Roma güləşçiləri çıxışlarını başa vurdular. Son anda, nəhayət, Azərbaycan himnin səsləndirildi. 60 kq-da mübarizə aparan Ayxan Cavadov finalda özbəkistanlı Dastanbəy Arifova 4:1 qalib gəldi. Mükafatlandırmadan sonra o, sevincini Allsport.az saytına bölüşdü:
“Bu yarışda daha yaxşı hazırlaşıb 3-cü dəfə dünya çempionu oldum. Amma zəfərə gedən yol asan olmadı. O üzdən şəxsi məşqçimə, millinin çalışdırıcılarına təşəkkürümü bildirirəm. Yarımfinal çox ağır keçdi. Hesab 3:3 idi, axırda 1 xal da qazandım. Həlledici görüşdə də 1 xal geridə olmağıma rəğmən, vəziyyəti xeyrimə dəyişə bildim”.
Kamran HACI, Bratislava