Çendu-2023: 87 idmançı ilə 3 gümüş və 6 bürünc – Son 12 ilin və son 5 universiadanın ən aşağı nəticəsi!

Çinin Çendu şəhərində Tələbələrin 31-ci yay universitet oyunlarını sona yetib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan komandası bu sınaqda 3 gümüş və 6 bürünc medal qazanıb. Millimiz son 12 ildən – yəni 4 universiadadan sonra – qızıla həsrət qalıb.

Axırıncı dəfə eyni ölkədə, bu dəfə Şençjen təşkil olunan oyunları baş mükafatsız başa vurmuşuq. Medalların əyarına görə 38-ci olan Azərbaycan, son 5 universiadada ən zəif nəticəsini göstərib. Növbəti tələbə oyunları 2025-ci ildə Almaniyanın Reyn-Rur şəhərində baş tutacaq.

Çendu-2021(23) – 87 idmançı: 0 qızıl, 3 gümüş, 6 bürünc – 38-ci yer
Neapol-2019 – 22 idmançı: 2 qızıl, 3 gümüş, 2 bürünc – 18-ci yer
Taybey-2017 – 19 idmançı: 3 qızıl, 1 gümüş, 4 bürünc – 24-cü yer
Kvancu-2015 – 8 idmançı: 2 qızıl, 0 gümüş, 1 bürünc – 27-ci yer
Qazan-2013 – 81 idmançı: 4 qızıl, 5 gümüş, 7 bürünc – 15-ci yer
Şençjen-2011 – 0 qızıl, 2 gümüş, 0 bürünc – 46-cı yer

Həmin kateqoriyadan