Dembele: “PSJ ilə heç bir əlaqəm olmayıb”

Allsport.az xəbər verir ki, Usman Dembele “Barselona” ilə müqaviləsini 2027-ci ilə qədər uzada biləcəyini bildirib.

“Hər şey yaxşıdır. “Barselona” mənimlə tərəfdaşlığı 2027-ci ilə qədər uzatmaq istəyirsə, təmsilçim rəhbərliklə əlaqə saxlayacaq. Komandada xoşbəxtəm, la liqa təmsilçisində özümü evdəki kimi hiss edirəm. Görək bundan sonra nə olacaq” – “Barselona”nın hücumçusu bildirib.

PSJ-yə keçəcəyi ilə bağlı iddialara isə belə cavab verib:

“Bilmirəm niyə PSJ haqqında bu qədər danışılır. Bu, fransalı olduğum üçün ola bilər, amma PSJ ilə heç bir əlaqəm olmayıb” –“Barselona”nın hücumçusu bildirib.

26 yaşlı oyunçunun Kataloniya təmsilçisi ilə hazırkı müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir.

Həmin kateqoriyadan