Dibalanın agenti: Səudiyyə klublarından mənə nə zəng, nə də təklif gəlməyib

Allsport.az xəbər verir ki, “Roma”nın hücumçusu Paulu Dibalanın agenti argentinalı hücumçuya başqa klubların maraq göstərməsi ilə bağlı sualı cavablandırıb.

“Paulu heç kimlə danışmadı və mən Səudiyyə klublarından zəng və ya təklif almadım. Dibala ilə maraqlanan klublarla danışıqlara cavabdehəm, oyunçu tətildədir” – menecer deyib

Dibala bu mövsüm “Roma”nın heyətində 38 oyuna çıxıb, 18 qol vurub və 8 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan