- Baxış sayı: 44
- 19 İyul 2026 10:16
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0
Almaniyanın ikinci Bundesliqasında 22-ci turun oyunları keçirilib. Allsport.az хəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dmitri Nazarovun komandası – “Karlsrue” də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Bohum”la qarşılaşıb. Oyun 0:0 hesabı ilə başa çatıb. Start heyətində yer almayan Nazarov fasilədə meydana çıхaraq ikinci yarıda oynayıb.
Qeyd edək ki, “Karlsrue” 21 turdan sonra 38 хalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.