Dumanlı Albionda yalnız 1 taekvondoçumuz fərqləndi

Həftə sonu İngiltərənin Mançester şəhərində taekvondoçular arasında qran-pri turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, cari mövmüsdə sayca 3-cü dəfə təşkil olunmuş yarışda millimiz 5 dayanq ustusı ilə təmsil olunub.

İlk rəqabət günündə mübarizəyə Fəridə Əzizova (67 kq) başlayıb. O, 1/32 finalda Fil Dişi Sahilindən olan Nadege Ndirini üstələyib (5:0). Növbəti görüşdə 1:0 hesabı ilə koreyalı Kyungseon Hvanqı məğlub edən idmançımız, sonra Çin Taypeyindən olan Çia Çia Çuanqı sıradan çıxarıb – 4:3. Yarımfinalda həmyerlimiz minimal hesablı isveçli Elin Yohanssona uduzaraq, bürünc medal qazanıb (2:3).

Qadınların yarışında digər təmsilçimiz Günay Ağakişiyeva (57 kq) tunisli Rəhma Ben Əli ilə gərgin mübarizədən məğlub ayrılaraq, çıxışını erkən bitirib – 8:9.

Kişilərin rəqabətində Radik İsayev (+80 kq) də turnirlə erkən vidalaşıb. O, az fərqlə nigeriyalı Çika Çukvumerije uduzub (2:3). Digər titulu taekvondoçumuz Ramin Əzizov (80 kq) ilk görüşdə polşalı Pyotr Pasinskini 8:6, sonra meksikalı Rene Lizarraganı 7:1 hesablı ilə üstələyib. 1/4 finalda həmyerlimizi gözlənilmədən Men adasından olan Aron Kuk məyus edib – 1:0.

1/32 finalda Mikayıl Əliyev (58 kq) kolumbiyalı Duvan Avellanı 15:10 üstələsə də, Belçikanı təmsil edən Məhəmməd Kətbiyə uduzub (4:8). Nəzərinizə çatdıraq ki, G4 dərəcəli bu yarışda yüksək yerləri tutmuş taekvondoçular reytinqlərini 40 xal artırıblar.

Həmin kateqoriyadan