Eduard Mendi “Çelsi” ilə vidalaşıb

Allsport.az xəbər verir ki, Seneqallı qapıçı Səudiyyə Ərəbistanının “Əl Əhli” klubuna keçib. Qapıçı sosial şəbəkədə İngiltərə təmsilçisinə olan sevgisindən və komandada çox

“Karyeramda yeni bir səhifə açmağa hazırlaşarkən vidalaşmaq mənim üçün çətin olur. Çempionlar liqası, UEFA super kuboku və klublararası dünya kubokunun qalibi olmaq kimi böyük uğurlara imza atdığımız “Çelsi”də ilə inanılmaz 3 il keçirdim.

Roman AbramoviçMarina QranovskayaPetr Çex, Kristof Lolikson və mənə bu nüfuzlu klubu təmsil etmək imkanı verən bütün heyətə səmimi qəlbdən təşəkkür etmək istəyirəm. Təcrübə etdiyim əvəzsiz dərslərə və inkişafa görə məşqçilərimə və bütün heyətimə minnətdaram.

Mən həmçinin “Çelsi”də olduğum müddətdə inanılmaz dəstəyə görə bütün azarkeşlərə dərin təşəkkürümü bildirmək istəyirəm.

Amma mənim üçün yeni səhifə açmağın vaxtıdır. Klubun növbəti illərdə yeni sahibləri və çoxsaylı titulları ilə uğurlarının davamını ürəkdən arzulayıram”. 

Həmin kateqoriyadan