Elçin Quliyev qitə çempionatına yollanan polo millimizlə görüşüb

Beynəlxalq Polo Federasiyasının və İtaliyanın Atçılıq İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə sentyabrın 20-dən 30-dək Syena şəhərində Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda Avstriya, Almaniya, Fransa, Niderland, Slovakiya, İspaniya, İsveçrə, İrlandiya, İtaliya və Azərbaycan yığma komandaları iştirak edəcəklər. Komandamız təlim-məşq toplanışlarını yekunlaşdırıb. Almaniyanın Münhen şəhərində hazırlaşan millimiz gücünü peşəkar və təcrübəli klublarla yoxlayıb. Hazırda Bakıda səfər öncəsi son məşqlərini keçirməkdə olan yığmanın Avropa çempionatında əsas hədəfi yüksək yerlərdir.

ARAF-in prezidenti Elçin Quliyev poloçularla görüşüb. Toplantıda hazırlıq müzakirə olunub, ölkə başçısı İlham Əliyevin göstərdiyi ali diqqət və qayğı nəticəsində atçılıq idman növlərinin son illər böyük inkişaf yolu keçdiyini, xüsusən polo sahəsində önəmli nəticələrin əldə olunduğunu söylənilib. 2015-ci ildə Bakıda keçirilmiş arena polo üzrə Avropa birinciliyində millimizin qələbəsinin rəqiblərin bizə hörmətlə yanaşmağa vadar edib.

ARAF-ın baş katibi Bəhruz Nəbiyev milli komandanın üzvlərinin səfəri ilə əlaqədar təşkilati məsələlər barədə məlumat verib. Yığmanın məşqçisi Namiq Orucov ümumi durundan danışıb. ARAF-ın prezidenti Elçin Quliyev yığma komandanın səfəri ilə əlaqədar zəruri tapşırıq və tövsiyələrini verib, çaparlara Azərbaycanın üçrəngli dövlət bayrağını ucaltmaq şərəfini yaşamağı arzu edib.

Həmin kateqoriyadan