“Elite horse and polo club” Bakıda hazırlığını davam etdirir

Binə qəsəbəsində “Elite Horse and Polo Club”da “CBC Sport Arena Polo” üzrə növbəti dünya kubokunda ölkəmizi təmsil edəcək “Elite horse and polo club” komandası, yarışın hazırlıqlarını davam etdirir. Allsport.az saytı xəbvər verir ki, təmsilçimizin baş məşqçisi Namiq Orucov verdiyi açıqlamasında məşqlərin plana uyğun getdiyini bildirib:

“Komandamız gündə iki dəfə olmaqla məşqlərini davam etdirir. Günün ilk hazırlığında fiziki yükləmələrə üstünlük veririk. Növbəti məşqdə isə taktki gedişlər, eləcədə ötürmələr üzərində iş gedir. Heyətimizdə heç bir itki yoxdur. Komanda tam heyətlə yarışlara hazırlığı davam etdirir. Əhval ruhiyyəmiz yaxşıdır. Məqsədimiz isə həmişə eyni olub. Azərbaycan təmsilçisi polo üzrə qatıldığı bütün yarışlarda ancaq çempionluğa oynayır. Bu dəfəki yarışda ümidləri doğruldacağımıza inamımız böyükdür”.

Qeyd edək ki, beynəlxaq yarış sentyabrın 8-i start götürəcək. Açılış oyununda komandamızın rəqibi ABŞ-in “Grand champions polo club” komandasi olacaq. Bundan bir gün öncə isə “JW Marriott Absheron” oteldə mətbuat konfransı və komandaların təqdimat mərasimi təşkil ediləcək. Ardınca isə konfrans iştirakçılarına ziyafət veriləcək.

Həmin kateqoriyadan