- Baxış sayı: 93
- 21 May 2026 20:30
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0
İsveç çempionatında 7-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin çıxış etdiyi “Kalmar” doğma meydanda “Orebro” ilə qarşılaşıb.
Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb – 3:2. Emin bu görüşün start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. “Kalmar” geridə qalan turlarda topladığı 8 xalla 16 klub arasında 12-ci pillədə qərarlaşıb.