- Baxış sayı: 41
- 17 Avqust 2026 12:07
- Baxış sayı: 604
- Avqust 12, 2026
- 0

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub “Sumqayıt” üzərində qazanılan qələbədən sonra fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, ukraynalı mütəxəssis komandasının çıxışından razı qaldığını bildirib:
“İlk matçımızı səfərdə keçirdik. Oyunumuz yaxşı alındı. 3 qol vurduq, amma daha çox fərqlənə bilərdik. Sadəcə, şanslardan yararlanmadıq. Eyni zamanda, belə bir qol buraxmamalıydıq. Bununla belə, oyundan, futbolçulardan və nəticədən razıyam. Ən önəmlisi odur ki, mövsümə qələbə ilə başladıq.
Üzərində işləməli olduğumuz çoxlu nüanslar var, bunları edəcəyik. Yeni transferlərimizə gəlincə, onların tam uyğunlaşması üçün bir az zaman lazımdır. Heyəti yenə də gücləndirməyə ehtiyac var, amma komandamıza uyğun futbolçu axtarışındayıq ki, bu da çox ağır prosesdir.
Komandamızda kifayət qədər azərbaycanlı futbolçu oynayır. Xüsusilə milli komandanın formalaşdırılmasında bu çox önəmlidir. Komanda olaraq birlikdə çalışırıq ki, sonda gözəl nəticələr ortaya qoyulsun, biz də buna baxıb sevinək”.