Enrikenin PSJ-də futbolçu saxlamaq fikri yoxdur

Neymar Luis Enrike ilə PSJ-dəki perspektivlərini müzakirə edib.

Allsport.az xəbər verir ki, PSJ-nin baş məşqçisi olacaq Enrike yaxın zamanla Neymarla telefonla danışıb.

Luis braziliyalıdan qüsursuz həyat tərzi tələb edib – bu həm meydanda, həm də meydandan kənarda davranışa aiddir. Bundan əlavə, məşqçi hücumçuya növbəti mövsümdə ona arxalandığını açıqlayıb: əgər o, artıq Parisdə özünü xoşbəxt hiss etmirsə, klubu dəyişə bilər.

Enrike statusundan asılı olmayaraq, bu yay PSJ-də heç bir futbolçu saxlamayacağını da bildirib.

İyunun əvvəlində paytaxt təmsilçisinin Neymarı ardıcıl ikinci yay transfer siyahısına saldığı məlum olub. 

Enrikenin təyinatından sonra vəziyyət dəyişə bilər – onların “Barselona”dakı günlərindən yaxın münasibətləri var.

Həmin kateqoriyadan