FOTO
Fərid Qayıbov atıcılıq federasiyasının fəaliyyəti ilə tanış oldu

Sentyabrın 27-də gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan atıcılıq federasiyasının fəaliyyəti ilə tanış olub. Allsport.az sayt; x’b’r verir ki, stend və güllə atıcılığı üzrə yığma komandaların üzvləri ilə görüşüb, onların məşq proseslərini izləyib, problemlərini dinləyib.

Azərbaycan atıcılıq federasiyasının baş katibi Emin Cəfərov nazirə federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Görüşdə federasiya icraiyyə komitəsinin üzvü, olimpiya çempionu Zemfira Meftəhəddinova və güllə atıcılığı üzrə yığma komandanın baş məşqçisi, olimpiya mükafatçısı İradə Aşumova iştirak ediblər. Sonra Fərid Qayıbov respublika stend atıcılığı üzrə idman kompleksinin maddi-texniki bazasına baxış keçirib. Kompleksin şəraiti və fəaliyyəti ilə maraqlanıb.

Возможно, это изображение (5 человек, люди стоят, костюм и на открытом воздухе)
Возможно, это изображение (один или несколько человек, люди стоят и на открытом воздухе)

Həmin kateqoriyadan