Fərid Qayıbov federasiya nümayəndələri ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbovun olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə 8-ci görüşü keçirilib.

Allsport.az xəbər verir ki, Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasında baş tutan tədbirdə nazir son 2 ay ərzində qazanılmış idman uğurları münasibətilə federasiyaları təbrik edib və yeni uğurlar arzulayıb.

İclasın gündəliyə əsasən, “5 Mart – bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş idman həftəsi ilə bağlı məlumat verilib. Sonra idman yarışlarının ölkə telekanallarında yayımı; “Paris 2024” yay olimpiya oyunlarına hazırlıq məsələləri; 3-cü Avropa oyunlarına hazırlıq; tələbələrin ümumdünya yay universiadasına hazırlıq; 2-ci MDB oyunları; “İdmançılarımızı tanıyaq layihəsi”; idman federasiyalarının sosial media hesabları monitorinqinin nəticələri; 2023-cü il üçün tibbi təminat; ölkə miqyaslı yarışların təşkili və digər məsələlər müzakirə olunub, federasiyaların fikir və təklifləri dinlənilib.

Tədbirdə həmçinin, beynəlxalq yarışlara hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Fərid Qayıbov nazirliyin idmanın inkişafına və eləcə də əhalinin sağlamlığı və kütləviliyə xidmət edən istənilən məsələdə federasiyalarla əməkdaşlığa hazır olduğunu bildirib.

Həmin kateqoriyadan