Fərid Qayıbov və Macarıstanın müdafiə naziri Szalay Bobrovnicski görüşüb

Bu gün gənclər və idman naziri Fərid Qayıbov Macarıstan Respublikasının müdafiə naziri Szalay Bobrovnicski və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Allsport.az xəbər verir ki, qonaqları salamlayan nazir Qayıbov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. O, ölkəmizin gənclər siyasəti və idman uğurları barədə məlumat verib. Nazir Szalay Bobrovnicski səmimi qəbula görə təşəkkür edib və dövlətlərimiz arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını vurğulayıb.

Görüş zamanı iki ölkə arasında idman və gənclər sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Həmin kateqoriyadan