Finalı bayram edən azarkeşləri avtomobil vurdu

PSJ “Arsenal”ı məğlub edərək (2:1, 3:1) çempionlar liqasının finalına yüksəlib.

Allsport.az xəbər verir ki, qələbəni bayram edən Paris klubunun azarkeşləri bədbəxt hadisə ilə üzləşib.

Belə ki, onların üzərinə naməlum yüksək sürətdə hərəkət edən avtomobil sürülüb.

Azarkeşlərdən ən azı üçünün tibbi yardıma ehtiyacı duyulub. Onlardan birinin vəziyyəti ağırdır, ikisinin orta ağır, biri isə xərəkdə aparılıb.

Hadisədən sonra onlarla pərəstişkar avtomobili təqib edib. Daha sonra avtomobil yanmış vəziyyətdə aşkarlanıb. Sürücünün saxlanılıb-saxlanılmaması və ya toqquşmaya nəyin səbəb olduğu hələlik məlum deyil.

Həmin kateqoriyadan