Futzal millimizin baş məşqçisi istefa verdi

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Perez Moreno Gomez Faustino ölkəmizdə çalışmaqdan məmnun olduğunu bildirməklə, ailə vəziyyəti ilə əlaqədar AFFA-dan müqavilənin qarşılıqlı razılıq əsasında yenilənməməsini xahiş edib.

Allsport.az saytının məlumatına görə, assosiasiya rəhbərliyi öz növbəsində, ispaniyalı mütəxəssisə gördüyü işlərə və yığmamıza qazandırdığı uğurlara görə təşəkkür edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Xatırladaq ki, millimiz bu çalışdırıcı ilə ilk dəfə dünya çempionatının final mərhələsimə vəsiqə qazanıb.

Həmin kateqoriyadan