Gənclər və idman nazirliyi ölkə ictimaiyyətinə qurumun rəsmi maskotunu təqdim edib

Allsport.az xəbər verir ki, Qızıl qartal formalı maskot “AZZİ” adlanır və öz unikal dizaynı, adı, forması, üzərindəki rəngləri ilə Qarabağ qartalını simvolizə edir.

Bundan başqa, qartal Azərbaycan gəncləri və idmançılarına xas olan qorxmazlıq və cəsarət kimi keyfiyyətləri özündə təcəssüm etdirir.

Layihənin təşəbbüskarı gənclər və idman nazirliyidir, maskot geyimində isə Skot Hesinqtondur.

Əslən amerikalı olan mütəxəssisin yaradıcı sahədə 20 ilə yaxın zəngin təcrübəsi vardır və o, ABŞ basketbol liqasının “Detroit Pistons”, “Orlando Məcik” kimi komandalarında çalışıb.

Maskot aprel ayında keçirilmiş Formula-1 Azərbaycan qran prisinin fan zonasında ilk dəfə olaraq azarkeşləri salamlamışdı.

Bundan başqa, idmansevərlər “AZZİ”ni paytaxtımızda növbəti iki gün ərzində davam edəcək taekvondo üzrə dünya çempionatında görə bilərlər.

Bu gün isə o, Heydər Əliyev adına idman-konsert kompleksində buz meydançasının açılışında məktəbli uşaqların sevimli dostuna çevrilib.

Həmin kateqoriyadan