“Gilas” Seyid Musayevə qələbə qazandırıb

Binə atçılıq mərkəzinin qapalı manejində konkur növü üzrə “Elite Horse & Polo Club” kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışlar 3 dərəcədə olub. “E” kateqoriyasında 20 yaşadək yeniyetmə idmançılar hündürlüyü 80 santimetr olan maneələri dəf etmək üçün məharətlərini göstəriblər. Bütün yaş qruplarını əhatə edən “M”-də ən hündür maneə 120 santimetr olub.

“E”-də “Sərhədçi”nin üzvü Dünyamalı Qurbanbəyov “Wasab 1” ləqəbli atla 1-ci, “Val Paulo”la ilə 2-ci yeri tutub. “Emily Du Barbour”la ləqəbli atla çıxış edən “Omar”ın çaparı Nurlan Rüstəmov 3-cü olub.

“M”-də qalib adına “Sərhədçi”dən Seyid Musayev “Gilas”la sahib olub. Kənan Novruzov “Cera-59” ləqəbli atla 2-ci, Anar Balahüseynov “Lorio” ilə 3-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan